Haniyənin öldürülməsinə görə məsuliyyəti İsrail öz üzərinə götürüb

İlk dəfə olaraq İsrail HƏMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz, “Yəməndəki terrorist Husi təşkilatını sərt şəkildə vuracağıq. Onların liderlərini rahat buraxacağıq. Haniyə, Sinvar və Nəsrullaha etdiyimiz kimi” deyib.

Beləliklə, İsrail ilk dəfə Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü.

Qeyd edək ki, Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasiminə qatıldıqdan sonra Tehranda qaldığı iqamətgaha hücum nəticəsində dünyasını dəyişib.

 

 

 

Orxan Saffari

Gununsesi.info