Yaponiya 2035-ci ilə qədər istixana qazı emissiyalarını 60% azaltmağı hədəfləyir

  • By Günel
  • 24 Dekabr 2024 08:34

Yaponiya hökuməti 2013-cü il ilə müqayisədə 2035-ci ilə qədər ölkənin istixana qazı emissiyalarını 60% azaltmaq məqsədi daşıyan proqramı təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, 2040-cı ilə qədər bu rəqəmin 73% olacağı gözlənilir.

Yaponiyada bəzi hökumət ekspertləri qlobal istiləşməyə səbəb olan qazların emissiyalarını azaltmaq üçün daha cəsarətli hədəflər qoymağı təklif ediblər.

Lakin bu təkliflər hökumət tərəfindən rədd edilib.

Gununsesi.info