
Havay adalarının ən aktiv vulkanlarından biri olan Kilauea vulkanı yenidən aktivləşib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Havay Vulkan Rəsədxanasından verilən açıqlamaya görə, yerli vaxtla saat 02:00 radələrində baş verən partlayışda vulkan 80 metrə qədər yüksələn lava püskürüb. Bu zaman vulkanik qaz və kül buludlarının əmələ gəldiyi də bildirilib.
Partlayışın 2007-ci ildən ictimaiyyətə qapalı olan milli parkın sərhədləri daxilində baş verməsi potensial fəlakətin qarşısını alıb.
Kilauea vulkanı 1924-1952-ci illər arasındakı sakit dövr istisna olmaqla, müntəzəm vulkan püskürmələri ilə tanınır.
Sonuncu dəfə iyun və sentyabr aylarında aktivləşən vulkan 2018-ci ildə təxminən üç ay davam edən püskürmə zamanı 700-dən çox evin dağılmasına səbəb olub.
Orxan Saffari