Zəngilan və Qubadlıda yaşayış məhəllələrinin layihələndirilməsinə dair 4 milyonluq müqavilə imzalandı

  • By Günel
  • 30 İyun 2025 19:40

Zəngilan 5-ci, 6-cı, eləcə də Qubadlı 2-ci yaşayış məhəlləsi, yaşayış məhəllələrinin layihələndirilməsi ilə bağlı monitorinq xidmətləri həyata keçiriləcək.

Gununsesi.info xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs bununla bağlı “Sa Partners intl GmBH” ilə bağlı müqavilə imzalayıb.

3 müqavilənin birgə dəyəri 1,2 milyon manatdı.

Qeyd edək ki, hər üç satınalma bir mənbədən reallşıb.

Xatırladaq ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” ötən il də bu şirkətlə Zəngilan VİP inzibati binasının layihələndirilməsi və daxili interyer dizaynı,Zəngilan inzibati binasının daxili interyer dizaynı və Qubadlı inzibati binasının daxili interyer dizaynı ilə bağlı monitorinqi xidmətləri ilə bağlı müqavilə imzalayıb.

Yeri gəlmişkən, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Qubadlı rayonu Zilanlı, Mahruzlu və Xanlıq kəndlərinin yağış və sel sularının idarəolunması məqsədilə layihələndirmə xidmətlərinin satın alınması ilə bağlı “Azin Construction” MMC ilə 796.500 manat, Zəngilan 5-ci yaşayış məhəlləsinin layihələndirmə xidmətlərinin satın alınması ilə bağlı “RED LİNE STUDİO” MMC ilə 1 milyon 317 min manat, Zəngilan 6-cı yaşayış məhəlləsinin layihələndirmə xidmətlərinin satın alınması ilə bağlı “RED LİNE STUDİO” MMC ilə 731 min 600 manat dəyərində müqavilələr imzalayıb.

Gununsesi.info