DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - Açıqlama

“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.  

DİN-in Mətbuat xidmətindən Gununsesi.info – ya bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcək.