Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info