
“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır”.
Gununsesi.info Ura.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, – Kreml rəsmisi əlavə edib.
Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı prezidentlər – Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır: “Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.