ABŞ maliyyə naziri Yaponiya rəsmisini qəbul etmədi

  • By Günel
  • 30 İyun 2025 08:14

Vaşinqtonla ticarət və tarif danışıqlarında ölkəni təmsil edən Yaponiyanın iqtisadiyyat naziri Rösey Akadzava ABŞ-da maliyyə naziri Skott Bessentlə görüşə bilməyib.

Gununsesi.info Kyodo agentliyinə istinadən xəbər verir ki, o, Tokioya qayıtmağa qərar verib.

İyunun 26-29-da ABŞ və Yaponiya arasında məsləhətləşmələrin yeddinci raundu olmalı idi. İyunun 27-də R.Akadzava ABŞ ticarət naziri Hovard Latniklə görüşdü və ertəsi gün onunla iki dəfə telefonla danışdı. Yaponiya tərəfi ilk növbədə avtomobillərin rüsumlarının 25% azaldılmasına nail olmaq istəyir.

Yaponiya nümayəndəsi maliyyə naziri S.Bessentlə şəxsən görüşmək üçün ABŞ-də qalma müddətini uzadıb, lakin istəyinə nail ola bilməyib.

Gununsesi.info