
Böyük Britaniyanın xarici işlər naziri Lammi və həmkarı Hakan Fidan Ankarada görüşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bu gün Türkiyədə rəsmi səfərdədir.
Lammi səfəri çərçivəsində paytaxt Ankarada xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Fidanın Türkiyənin NATO müttəfiqi və strateji tərəfdaşı Böyük Britaniya ilə münasibətlərinə önəm verdiyini, ikitərəfli münasibətlərin müsbət gedişatının qənaətbəxş olduğunu və bütün sahələrdə daha da gücləndirilməsini hədəflədiyini ifadə edəcəyi gözlənilirdi.
Görüşdə təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində müvafiq orqanlar arasında sıx işin davam etdirilməsinin vacibliyinin vurğulanacağı, iqtisadiyyat, ticarət, maliyyə, müdafiə sənayesi və turizm sahələrində əlaqələrin iki ölkə arasında hərəkətverici qüvvə olduğu da gözlənilirdi.
Orxan