
Xəbər verdiyimiz kimi, ötən gün Yekaterinburqda OMON dəstələri tərəfindən qətlə yetirilən qardaşların cənazələri Azərbaycana gətirilir.
Gununsesi.info xəbər verir ki, cənazələr yerli vaxtla 20:00-da enib.
Hava limanında cənazələri mərhumun ailəsi, qohumları, o cümlədən media nümayəndələri və rəsmilər qarşılayıb.
Qeyd edək ki, Ziyəddin və Hüseyn qardaşları Ağcabədi rayonunda, valideynlərinin yanında dəfn olunacaq.
Qətlə yetirilən Səfərov qardaşları tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Orxan