Ruslar Ukraynaya qarşı döyüşmək istəmirlər - hərbi çağırış məntəqəsində yanğına cəhd

  • By Günel
  • 30 İyun 2025 08:21

Ukrayna ilə müharibə fonunda Rusiyada hərbi xidmətə getmək istəməyənlərin sayı sürətlə artır.

Gununsesi.info xəbər verir ki, son zamanlar federasiyada əsgəri xidmətə getmək istəməyənlər etiraz aktı kimi hərbi çağırış məntəqəsini yandırırlar.

İyunun 29-da Amur vilayətində hərbi komissarlığın binasını yandırmağa cəhd edən şəxs saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölməsinin mətbuat xidmətindən verilən məlumata görə, onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlum olub ki, saxlanılan şəxs Ukraynayönümlü kanalın fəal iştirakçısıdır. O, Amur sakinləlrinin xüsusi hərbi əməliyyat zonasına göndərilməsinin qarşısını almaq istəyib.

Şübhəli şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı) ilə cinayət işi açılıb. Bu maddə 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Gununsesi.info