Goranboyda yol qəzası: Xəsarət alanların sayı artdı - YENİLƏNİB

  • By Günel
  • 29 İyun 2025 14:47

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Gununsesi.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 14:10 radələrində Goranboy rayon Səfikürd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (6-sı qadın,1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

1980-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Digər 6 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər”, – məlumatda qeyd edilib.

***

15:38

Goranboyda yol qəzasında xəsarət alanların adları bilinib.

Gununsesi.info xəbər verir ki, xəsarət alanlar Gəncə şəhər sakinləri 1965-ci il təvəllüdlü Tərcümam Həsənova, 1970-ci il təvəllüdlü İlhamə Əliyeva, 1980-ci il təvəllüdlü Səfikürd kənd sakini Salman Qasımov, Bakı şəhər sakinləri 1961-ci il təvəllüdlü Leyli İsaqova və 1968-ci il təvəllüdlü Südabə Həmidova, Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Qəmər Hüseynova, Göygöl rayon sakini 1969-ci il təvəllüdlü Zenfira Həsənovadır.

Onlar müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

14:35

Goranboy rayonunun Safıkürd kəndində baş verən yol qəzasında xəsarət alan şəxslərin sayı beş nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, yaralılardan üç nəfərin vəziyyəti daha ağırdır.

Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların özəl tibb müəssisələrindən birinə köçürüləcəyi ehtimal edilir.

***

14:11

Goranoboy rayonunda “VAZ 2106” markalı avtomobil “Spirinter” markalı avtomobillə toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb

Gununsesi.info