
Rusiyada qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların nəşi yenidən ekspertizadan keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu sözləri Yekaterinburqda öldürülən Səfərovların qardaşı Seyfəddin Hüseynli deyib.
“Rusiya tərəfinin qardaşlarımın guya həyəcandan öldüyünü iddia etməsi inandırıcı deyil. Buna görə də onların nəşi Azərbaycanda yenidən ekspertizadan keçiriləcək” – deyə S.Hüseynli qeyd edib.
Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb.
Gununsesi.info