Rusiya Azərbaycana qarşı qərəzli siyasət aparır - Deputat

  • By Günel
  • 29 İyun 2025 15:55

Ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən soydaşlarımızın kütləvi şəkildə həbs edilib.İlkin məlumatlaa görə, 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib. Rusiya tərəfinin absurd açıqlamasına görə, bu hadisə 2001-ci ildə həmin şəhərdə baş verən cinayət işi ilə bağlıdır. Ancaq hüquqi dövlətdə ən dəhşətli cinayət törədənlər belə məhkəmə qarşısına çıxarılır, qətlə yetirilmir.

 

Gununsesi.info xəbər verir ki,  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə bildirib ki, Rusiya Azərbaycana qarşı, doğrudan da, qərəzli siyasət aparır:

“Qarabağdakı, xarici siyasətdəki uğurlarımız çox ölkələri, o cümlədən Rusiyanı narahat edir. Bizə qarşı təzyiqlər artırılır. Biz bunu təyyarənin vurulmasında, həm də kiberhücumlarda müşahidə etmişik. Etnik azərbaycanlılara qarşı zorakılıq, ayrı-seçkilik bütün bunlar göstərir ki, Azərbaycanın uğurları, inkişafı qısqanclıq yaradır və bizə qarşı təzyiqlər artırılır. Biz belə siyasəti qətiyyən qəbul etmirik. Azərbaycan xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı etimada söykənən siyasətin tərəfdarıdır”.

Deputat vurğulayıb ki, belə hadisələr baş verərsə, təbii olaraq, bu ikitərəfli münasibətlərə təsir edəcək:

“Eyni zamanda  bizim azərbaycanlı deputatın Rusiyaya buraxılmaması həmin bu siyasətin tərkib hissəsidir. Biz bunu qəti qınayırıq və tənqid edirik. Daha praqmatik, daha hörmətli münasibət gözləyirik”.

 

Gununsesi.info