
Hindistanın Telanqana ştatında kimya fabrikində baş verən partlayış və ardınca baş verən yanğında 10 nəfər həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Press Trust of India (PTI) agentliyinin məlumatına görə, ştatın Paşamılaram rayonundakı kimya zavodunun reaktorunda partlayış baş verib.
Partlayış nəticəsində yaranan yanğından sonra hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları göndərilib.
İlkin məlumata görə, Sigachi Industries fabrikində baş verən insident nəticəsində 10 nəfər ölüb, ən azı 12 işçi yaralanıb.
“Telangana Today” qəzetinin məlumatına görə, partlayış nəticəsində bir çox işçinin fabrikdə sıxışmış ola biləcəyi ehtimal edilir.
Orxan