Ermənistanda zəlzələ oldu

  • By Günel
  • 30 İyun 2025 09:27

İyunun 30-da gecə saatlarında Ermənistanda zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi Ermənistanın coğrafi koordinatları ilə Martuni şəhərindən 8 km şimal-qərbdə, 10 km dərinlikdə 2,2 bal gücündə zəlzələ qeydə alıb.

Episentr zonasında zəlzələnin intensivliyi 2-3 bal olub.

Zəlzələ Geqarkunik rayonunun Martuni şəhərində, həmçinin Yeranos, Liçk və Zolakar kəndlərində 2 bal gücündə hiss olunub.