
Saatlı sakini əmisinə xəsarət yetirib.
Gununsesi.info xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Kənd sakini 16 yaşlı A.S. əmisinə – 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.
Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)