Rusiyada futbolçu oyun zamanı öldü - FOTO

  • By Günel
  • 29 İyun 2025 14:23

Rusiyada 26 yaşlı futbolçu Artyom Kalmıkov Moskva vilayəti çempionatının B-3 liqasının “Parkovıy” və “Nara” komandaları arasında keçirilən matçda dünyasını dəyişib.

Gununsesi.info bu barədə SHOT “Telegram” kanalına istinadla xəbər verir.

Kalmıkov “Parkovıy” klubunda çıxış edib. O, matçın 60-cı dəqiqəsində yıxılaraq huşunu itirib.

Futbolçunu meydançadan çıxarıblar, təcili yardım gələnə qədər idman həkimi onu reanimasiya etməyə çalışsa da, uğursuz olub.

Nəticədə Kalmıkov dünyasını dəyişib. Futbolçunun oyun zamanı ölməsi ilə bağlı araşdırma aparılacaq.

 

Rusiyada futbolçu oyun zamanı öldü

Gununsesi.info