Azərbaycanda gün ərzində ikinci zəlzələ

  • By Günel
  • 12 Aprel 2025 19:25

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

Gununsesi.info zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir ki, Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ 3.2 bal gücündə olub. Dərinlik 3 kilometrdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün Şamaxı rayonunda da zəlzələ qeydə alınıb.

Gununsesi.info