İndoneziyada güclü zəlzələ olub

  • By Günel
  • 01 Mart 2025 09:13

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfərin yaşadığı Ambon şəhərindən 375 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 151 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info