
Naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev tapılıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı naşir öz sosial hesabında paylaşım edib.
Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.
Onun sözlərinə görə, oğlu sonuncu dəfə “8 Noyabr” stansiyasında görülüb.
“Dörd ay əvvəl evdə yanğın baş vermişdi. Bu hadisəyə görə özünü günahkar hesab edib. Yazdığı məktubda belə qeyd edib. Dostlarına dərslərin çoxluğundan da narazı olduğunu deyib”, − o bildirib.
Ətraflı Baku TV-nin süjetində:
***
“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) oğlu itkin düşüb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün “facebook” səhifəsində paylaşım edib.
“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun Avtovağzal stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üstündə telefon yoxdur. Görənlərdən xahiş edirəm məlumat versinlər”, – deyə qeyd edib.
***
“Mücrü” Nəşriyyatının direktoru, Yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, axtarış elan olunub, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.