Zaporojye və Kiyevə PUA hücumu - Yaralılar var

  • By Günel
  • 06 İyul 2025 12:30

Ötən gecə Rusiya Ordusu Ukraynanın Zaporojye və Kiyev vilayətlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Zaporojye vilayətində 89 yaşlı qadın yaralanıb.

Kiyevin Vışqorodsk rayonuna PUA hücumu nəticəsində isə 3 nəfər xəsarət alıb. Bununla bərabər, iki çoxmərtəbəli binaya ziyan dəyib, 4 obyekt və avtomobil yanıb, o cümlədən 3 avtomobilə ziyan dəyib.

Gununsesi.info