
Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, “VAZ 2106” markalı avtomobil “Toyota Rav-4” markalı maşınla toqquşub.
Qəza zamanı “VAZ 2106” da olan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Əli İsmayılov ölüb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.