Azərbaycanlı müğənninin ABŞ-də öldürülməsi xəbəri təkzib olundu - VİDEO - YENİLƏNİB

  • By Günel
  • 05 İyul 2025 21:29

Azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-də qətlə yetirilməsi xəbəri təkzib olunub.

Gununsesi.info xəbər verir ki, xəbəri ilk yayanlardan biri olan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumatın yanlış olduğunu bildirib və üzr istəyib.

***

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.

 

 

Gununsesi.info