Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

  • By Günel
  • 05 İyul 2025 22:45

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.

Gununsesi.info