
Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda 19 yaşlı Məmiyev Eldəniz Cabir oğlunun Kür çayında boğulması ilə nəticələnən hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, Eldəniz Məmiyev Bakı Biznes Universitetinin tələbəsi idi. O, maliyyə ixtisası üzrə təhsil alırdı.
2-ci kursu yenicə bitirmişdi.
Sabirabad rayonunda 19 yaşlı oğlanın Kür çayında boğulması ilə nəticələnən hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gün saat 17 radələrində Kür çayının Sabirabad rayonu Ulacalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kəndin sakini Məmiyev Eldəniz Cabir oğlu çayda çimərkən batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti bu gün səhər saat 8 radələrində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Sabirabad rayon şöbəsi üzrə təhvil verilib.