Uğur təkcə medal, səhnə, alqış deyil… - Gənc aktrisa Mira İsgəndərli

  • By Admin2
  • 05 İyul 2025 16:59
– Özümü bu yolda görürəm, daha yaxşı ifadə edirəm və bu sənəti sevirəm.
– Sənə görə sənət nə deməkdir?
– Tamaşalarda da rol alırsan…
– Bəli, rayonumuzda 40 ildən sonra yenidən keçirilən Kukla tamaşasında kuklaçı kimi çıxış etməyim mənim üçün bir dönüş nöqtəsi oldu. O səhnədə nəinki rol oynadım, həm də ilk dəfə həyəcandan titrəyən ürəyimə qalib gəldim. Elə bil, ilk dəfə özümü tapdım.
– Bu günə qədər başqa hansı layihələrdə iştirak etmisən?
– Dediyim kimi, Kukla tamaşasında kuklaçı kimi çıxış etdim və bu, rayonumuz üçün də mühüm bir hadisə idi. Bundan əlavə, Qobustan Gənclər Evinin “Şən Gənc” layihəsində iştirak etdim. Keçən il komandamızla birgə 2-ci yer qazandıq. Bu layihələr məni formalaşdırdı, həm məsuliyyətli olmağı, həm də kollektiv ruhunu öyrətdi.
– Yaşın azdır, gördüyün işlər isə təcrübə, peşəkarlıq tələb edir…
– Bəli, elədir, həyəcan olur məndə. Ən çox yaşadığım hiss elə həyəcan idi. Amma gözəl bir həyəcan. O qədər möhkəm idi ki, bəzən danışarkən səsim belə titrəyirdi. Amma hər dəfə səhnəyə çıxanda içimdə bir qüvvə oyanırdı: “Mira, sən bacaracaqsan!” deyən bir səs. Və doğrudan da bacardım. Bu yolda keçdiyim hər addım mənə güvən verdi, daha da böyütdü məni. Təkcə yaş olaraq yox, düşüncə olaraq da.
– Gələcək planların nədir?
– Ali təhsilimi İngilis dili üzrə davam etdirmək istəyirəm. Bu sahəni seçməyim təsadüfi deyil. İnanıram ki, dil insanın dünyasını böyüdür. İstəyirəm ki, gələcəkdə həm tərcüməçilik, həm də beynəlxalq layihələrdə iştirak etməklə rayonumuzun adını daha geniş platformalarda tanıdım.
– Mira, bəs səncə, uğur nədir və necə qazanılır?
– Uğur təkcə medal, səhnə, alqış deyil. Uğur – insanın özünə inanması və bu inamla yola çıxmasıdır. Fenomen olmaq bəlkə asan görünə bilər, amma uğurlu və faydalı bir gənc olmaq – bu, artıq bir missiyadır. Mən istəyirəm ki, rayonumuzun gələcək nəsli bizim kimi gəncləri örnək götürsün və öz yolunu tapsın. Hər kəs uğurlu ola bilər – sadəcə, istək və inam yetərlidir.
– Yəni, sən sənəti həm də bir missiya olaraq seçmisən?
– Bəli. Mən istəyirəm ki, rayonumuzun gələcək nəsli bizim kimi gəncləri örnək götürsün və öz yolunu tapsın. Hər kəs uğurlu ola bilər – sadəcə, istək və inam yetərlidir.
– Bu yolda heç kumirin varmı? Sənə kimlər və ya nə ilham verir?
– Bəli, kumirlərim var. Onlar müxtəlif sahələrdən olan, öz əzmi və istedadı ilə həyatlarına dəyər qatan insanlardır. Məşhur aktyor və aktrisalar, teatr və səhnə sənətçiləri – onlar mənim üçün təkcə sənətkar deyil, həm də ruhu ilə danışan insanlardır. Həmçinin müəllimlərim, ailəmdəki güclü qadınlar, hətta yolda qarşılaşdığım sadə, lakin dəyərli insanlar da mənim üçün ilham mənbəyidir. Kumir olmaq üçün məşhur olmaq lazım deyil – ruhunla təsir etmək kifayətdir.
– Onda son olaraq gənc həmyaşıdlarına nə demək istərdin?
– Özünüzə inanmaqdan əsla vaz keçməyin. Heç kim uğur yolunda asan addımlamır. Bəzən yıxılırsan, bəzən tənqid edilirsən. Amma bu, səni daha da gücləndirir. Həyat dəyişir – bir anın içində. Mən də bu dəyişimi yaşadım. Bir vaxtlar qorxan, səhnədən çəkinən bir qız idim. Bu gün isə həmin səhnə mənim azadlıq yerimə çevrilib. Siz də öz səhnənizi tapın – fərq etməz o səhnə haradır, yetər ki, ürəyinizlə ora çıxasınız.
Söhbətləşdi: Gülər Malik