Azərbaycanlı müğənni ABŞ-də faciəli şəkildə öldü

  • By Günel
  • 05 İyul 2025 19:40

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.

Gununsesi.info