İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırıldı

  • By Günel
  • 02 Mart 2025 17:27

İranın iqtisadiyyat naziri Abdulnaser Hemmati vəzifəsindən uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, İran Parlamenti Hemmetiyə qarşı təqdim olunan təklifi müzakirəyə çıxarıb.

Təklif 6 saatlıq açıq müzakirələrdən sonra səsverməyə qoyulub, 89 lehinə, 182 əleyhinə səs ilə qəbul edilib. Beləliklə nazirin vəzifəsinə xitam verilib.

Hemmati valyuta və qızıl qiymətlərinin sürətlə yüksəlməsinə qarşı hər hansı bir addım atmamaqda günahlandırılıb. Ona qarşı təklif olunan etimadsızlıq təklifi 19 fevralda 91 millət vəkili tərəfindən imzalanaraq gündəmə alınmışdı.

Gununsesi.info