Biləsuvarda dörd otaqlı ev yandı

  • By Günel
  • 02 Mart 2025 14:00

Biləsuvar rayonunun Bəydili kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info