
Almaniyanın Berlin şəhərində palliativ baxım həkimi xəstələrinə onların razılığı olmadan anesteziya və əzələ genişlədən dərmanlar verdiyi iddia edilir. Həkim 15 nəfərin ölümündə ittiham olunur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniya prokurorları Berlində palliativ baxım həkimini 15 pasiyentini öldürməkdə ittiham edərək, onun öldürmək “istəkləri” ilə hərəkət etdiyini iddia edib.
40 yaşlı şübhəli 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər 12 qadın və üç kişini sakitləşdirici kokteyldən istifadə edərək öldürməkdə ittiham olunur.
Alman mətbuatında şübhəlinin adı Johannes M. olaraq açıqlansa da, prokurorlar hələ bir ad verməyib.
Bildirilib ki, həmin dərman tənəffüs əzələlərini iflic edir, tənəffüsün tutulmasına və bir neçə dəqiqə ərzində ölümə səbəb olur. Həmin vaxt müalicə alan qurbanların yaşları 25-94 arasında idi.
Almaniyanın DPA Xəbər Agentliyi Berlin Respublika Prokurorluğuna istinadən xəbər verir ki, həkim 2024-cü ilin avqustundan 4 nəfəri öldürdüyü üçün həbs edilib.
Lakin məhkəmə-tibb ekspertləri məzarları açıb müayinə etdikdən sonra həkim tərəfindən öldürülənlərin sayının əvvəl 8-ə, daha sonra 10-a, indi isə 15-ə çatdığı vurğulanıb, araşdırmaların davam etdiyi və bu rəqəmin arta biləcəyi vurğulanıb.
Hesabatda qeyd olunub ki, Berlin Cinayət Departamentinin adam öldürmə qrupunda olan istintaq qrupu həkimin xəstələri ilə bağlı sənədləri araşdırmaqda davam edir və eyni zamanda qayğı xidmətləri göstərən şirkətlərdən gələ biləcək hər hansı potensialı qiymətləndirir.
Orxan