Göygöldə ağır yol qəzası: Xəsarət alanlar var

  • By Günel
  • 16 Aprel 2025 09:07

Göygöl şəhərində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hərəkətdə olan minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub.

Zərbənin təsirindən 31 nömrəli xətt üzrə çalışan mikroavtobus yoldan çıxaraq aşıb. Qəzada azı 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info