Yevlaxda sərnişin avtobusu aşdı - YENİLƏNDİ

  • By Günel
  • 16 Aprel 2025 08:41

İdarəetmədən çıxan avtobus yol kənarındakı qaz borusunun üzərinə aşaraq onu sıradan çıxarıb.

Xoşbəxtlikdən, partlayış baş verməyib və ciddi xəsarət alan olmayıb.

Sürücünün ilkin etirafına görə, bu yolda ilk dəfə hərəkət edirmiş.

Həmin vaxt magistralda təmir işləri aparıldığından, sürücü yolu səhv salıb və avtobus güclü yağış altında idarəetmədən çıxaraq aşıb.

**

Yağışlı hava Yevlax rayonunda qəza şəraitinə səbəb olub.

Gununsesi.info xəbər verir ki, idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

Hadisə gecə saatlarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətindən keçən Bakı-Balakən magistralında baş verib.

Avtobusdan sərnişinlərin sərbəst çıxışında məhdudiyyət yaranıb.

Hadisə yerinə Mingəçevir, Yevlax və Şəkidən 5 təcili tibbi yardım briqadası cəlb edilib.

Sərnişinlər avtobusdan çıxarılaraq, tibbi müayinəyə cəlb olunublar.

Hadisə yerinə FHN əməkdaşları gəlib.

Faktla bağlı araşdırma başlanıb.

Gununsesi.info