Aİ 61 ölkə üçün vizasız gediş-gəlişi asanlaşdıracaq

Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonuna qədər 61 ölkə üçün vizasız gediş-gəlişin ləğvini sadələşdirməyi planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu ölkələr arasında Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna da var.

Qanun layihəsində qeyd olunur ki, vizasız rejimin dayandırılması mexanizmi “ciddi insan hüquqları pozuntuları” və ya “beynəlxalq hüquq və standartların ciddi şəkildə pozulması” hallarında tətbiq oluna bilər. Bu, həmçinin insan hüquqları qanunlarına və Beynəlxalq Ədalət Məhkəməsinin (ICC) qərarlarına əməl edilməməsi ilə əlaqəli ola bilər.

Qeyd edək ki, ötən həftə Avropa strukturları bu qanunvericiliklə bağlı ilk iclaslarını keçiriblər. Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurası iyun ayında Polşanın Avropa İttifaqı Şurasına sədrlik etməsinə qədər razılığa gəlməyi planlaşdırır.

Razılıq əldə olarsa, yeni qanunvericilik bu ilin payızında qüvvəyə minəcək.

Şəbnəm