Stadion yararsız vəziyyətə düşdü, oyunun yeri dəyişdirildi

II Liqada XXI turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.

Gununsesi.info xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşdüyü üçün qarşılaşma saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.

 

Gununsesi.info