
Ağ Ev bildirib ki, son hadisələr fonunda ABŞ prezidenti Tramp administrasiyası Çindən idxal edilən mallara 245 faizə qədər gömrük rüsumları tətbiq edə bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 75-dən çox ölkə ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu bildirib.
Bu hadisələr fonunda ABŞ prezidenti Donald Tramp administrasiyası Çindən idxal olunan mallara 245 faizə qədər gömrük rüsumları tətbiq edə bilər.
Trampın “oyun sahəsini bərabərləşdirmək və Amerikanın milli təhlükəsizliyini qorumaq” üçün ABŞ-ın ən çox ticarət kəsiri olduğu ölkələrə tariflər tətbiq etdiyi deyilir.
Ticarət sazişləri üzrə danışıqlar aparmaq istəyən ölkələr üçün fərdi yüksək tariflərin tətbiqi dayandırılıb. Yeganə istisna, ABŞ-ın tariflərinə cavab verən Çin idi.
“Cavab tədbirləri nəticəsində Çin indi ABŞ-dan idxal olunan mallara 245 faizə qədər tariflərlə üzləşib”, – Ağ Ev bildirib.
Aprel ayında Trump Çin mallarına tarifləri 84 faizdən 125 faizə qaldırdı və mövcud 20 faizlik tariflərlə birləşdirildikdə ümumi tarif yükünü 145 faizə çatdırdı.
Çin buna cavab olaraq Amerika mallarına tətbiq etdiyi tarifləri 84 faizdən 125 faizə qaldırıb. Reuters xəbər verir ki, Çin rəsmiləri digər ölkələri ABŞ-ın tətbiq etdiyi tariflərə qarşı çıxmağa təşviq etmək üçün diplomatik kampaniyaya göstəriş verib.
Orxan