
FCDO Azərbaycanın cənub-qərbinə səfərlərlə bağlı tövsiyəsini dəyişərək, əvvəlki “Səfər etməməyin tövsiyə olunduğu” səviyyəsindən “Ancaq zəruri hallarda səfər tövsiyə olunur” səviyyəsinə endirib.
Bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.
Gununsesi.info xəbər verir ki, eyni zamanda, Ermənistanla sərhəddən 5 km-lik məsafəyə qədər olan ərazilərə səfər etməməklə bağlı tövsiyə dəyişməz olaraq qalır.
Bu, bölgəyə səfər etməli olan Britaniya vətəndaşlarına daha dəqiq və obyektiv məlumat təqdim edir.
Səfirlik əlavə olaraq bunu da qeyd edir:
“Birləşmiş Krallığın Coğrafi Adlar üzrə Daimi Komitəsinin (PCGN) tövsiyələrinə və Azərbaycan adlandırma qaydalarına əsasən bir sıra coğrafi adları yeniləmişik. Hər bir ölkə və ya ərazi üzrə Səyahət Məsləhətlərimizi mütəmadi olaraq nəzərdən keçiririk ki, orada Britaniya vətəndaşları üçün ən aktual məsələlərlə bağlı yenilənmiş məlumat və tövsiyələr yer alsın. Eyni PCGN tövsiyələrinə əsasən əvvəllər “Dağlıq Qarabağ” kimi tanınan əraziyə dair vizual təsvir Səyahət Məsləhətlərindən çıxarılıb. Lakin konteksti izah etmək məqsədilə bu termin mətndə hələ də istinad kimi istifadə olunur”.