İdman zalında azot qazı faciəsi - 1 nəfər ölüb, 4 nəfər yaralanıb

  • By Admin2
  • 16 Aprel 2025 10:34

Parisdə idman zalının krioterapiya kamerasında azot sızması bir qadının həyatına son qoyub. İkinci qadın reanimasiyadadır, daha üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə idman zalında kriyoterapi seansı fəlakətlə başa çatıb . 29 yaşlı qadın şəhərin şərq mərkəzində On Air adlı idman zalında məşq edərkən azot qazı sızmasından boğularaq ölüb. Digər 34 yaşlı qadın isə infarkt keçirib və reanimasiyaya yerləşdirilib.

Polis araşdırmasına yaxın mənbələr ölümə səhər saatlarında təmir edilən soyuq terapiya otağında azot sızması nəticəsində baş verdiyini bildirib. Rəngsiz və qoxusuz azot qazı kriyoterapi tətbiqlərində son dərəcə soyuq atmosfer yaratmaq üçün istifadə olunur.

Hadisə bazar ertəsi yerli vaxtla saat 18:30 radələrində fövqəladə hallar briqadaları idman zalına gələn zaman üzə çıxıb. İki qadının yerə yıxıldığını görən ətrafdakıların köməyə çağırdığı, qadınları xilas etməyə çalışan 3 nəfərin isə zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparıldığı bildirilib. Bina tamamilə boşaldılıb, 150 nəfər təxliyə edilib.

Orxan

Gununsesi.info