
Rusiya İngiltərəni III Dünya Müharibəsi ilə bağlı xəbərdar etdi, bütün ingilisləri öldürməklə hədələdi. Rusiya dövlət televiziyasında yayımlanan kadrlarda Britaniya və baş nazir Keir Starmerə qarşı birbaşa nüvə müharibəsi təhdidləri əks olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın “The Mirror” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Böyük Britaniyanın baş naziri Key Starmeri və hökumətini nüvə müharibəsi ilə hədələyib .
Rusiyanın Ukraynaya müdaxiləsini həvəslə şərh edən Vladimir Solovyov Qərb mediasının və Avropa ölkələrinin Ukraynaya yardımına cavab olaraq dəhşətli xəbərdarlıq edib. Solovyov öz proqramında İngiltərə və ABŞ-ın “birbaşa Rusiyaya müharibə elan etdiyini” iddia edirdi.
Qərbə birbaşa təhdid olaraq, dünya liderlərinə xəbərdarlıq etdi ki, onlar da cəbhə xəttindəki əsgərlər kimi “nəticələrini hiss edəcəklər”.
İngiltərə, Fransa, Almaniya və Baltikyanı ölkələri dəhşətli hədə-qorxu ilə təhdid edən Solovyov “Sizin aqibətiniz kədərli olacaq. Bütün bu qışqırıqların sizə heç bir faydası olmayacaq” deyib.
Orxan