İtaliya prezidenti ürəyindən əməliyyat olundu

  • By Admin2
  • 16 Aprel 2025 13:43

İtaliya Prezidenti Sercio Mattarella əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ölkənin “L’Unione Sarda” qəzeti yayıb.

Bildirilib ki, Romada “Santo Spirito” xəstənasında 83 yaşlı dövlət başçısının ürəyinə kardiostimulyator quraşdırılıb.

Məlumata görə, əməliyyat planlaşdırılmış olub. Həmçinin hazırda İtaliya liderinin vəziyyətinin stabil olduğu vurğulanıb.

Xatırladaq ki, Mattarella 2015-ci ildən İtaliya Prezidentidir.

Gununsesi.info