ABŞ-nin yardımı kəsməsi əfqan uşaqlarına ağır zərbə vurdu

  • By Admin2
  • 16 Aprel 2025 16:05

Tramp administrasiyası yardımı kəsdikdən sonra Əfqanıstanda qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün mərkəz bağlanıb. ABŞ yardımı olmadan ölkədə humanitar böhranın dərinləşəcəyi ilə bağlı qorxular var.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə qida çatışmazlığından əziyyət çəkən uşaqların müalicəsi üçün mərkəz bağlanıb. Buna səbəb ABŞ-nin yardımı kəsməsidir.

Dövlət sektorunda ixtisarlar edən Tramp administrasiyası xarici ölkələrə yardımı dayandırıb.

Bu qərardan ən çox mənfi təsirlənən ölkələrdən biri də Əfqanıstandır.

Son 40 ildə müharibə və böhranlara səhnə olan Əfqanıstan, Sudandan sonra dünyanın ikinci ən böyük humanitar böhranını yaşayan ölkədir.

Kabildəki mərkəz hər ay qida çatışmazlığından əziyyət çəkən 65 uşağı müalicə edirdi. Bu artıq mümkün olmayacaq.

Ölkədə 5 yaşa qədər qidalanmadan əziyyət çəkən uşaqların sayı 3,5 milyon nəfərdir.

Yetkinlər də daxil olmaqla, kifayət qədər qidaya çıxışı olmayan insanların ümumi sayı 15 milyona yaxınlaşır. Bu rəqəmlər ABŞ-ın yardımının kritik əhəmiyyətini vurğulayır.

Taliban 2021-ci ilin avqustunda ABŞ qoşunlarını çıxardıqdan sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Orxan

Gununsesi.info