Nəqliyyatların hərəkətinə məhdudiyyətlər qoyuldu - SİYAHI

  • By Günel
  • 16 Aprel 2025 08:19

Paytaxt ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

Gununsesi.info xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məlumatda deyilir:

1. Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib;
2. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulu;
3. Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Gununsesi.info