İsrailin zərbəsi Qəzzanın yeganə genetik laboratoriyasını dağıdıb

  • By Admin2
  • 16 Aprel 2025 12:59

İsrail ordusunun Qəzza şəhərində Əl-Əhli Baptist Xəstəxanasına hücumunun nəticələri davam edir. Hücum nəticəsində Qəzza zolağında xəstəxananın daxilində yerləşən yeganə genetik laboratoriyaya ciddi ziyan dəyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzza zolağında həyata keçirdiyi “sağlamlıq soyqırımı”nın ən son nümunəsi şimalda tam xidmət göstərən yeganə xəstəxana olan Əl-Əhli Baptist Xəstəxanasına hücum olub.

Bu hücumda İsrail fələstinlilərin səhiyyə xidmətlərinə çıxışının qarşısını almaq üçün xüsusi olaraq xəstəxananın təcili yardım otağına, poliklinikalara, aptekə və genetik laboratoriyasına zərbələr endirib.

Genetik və irsi xəstəliklərin diaqnostikasında mühüm rol oynayan laboratoriya da bu hücumlarda yararsız hala düşüb.

Əl-Əhli Baptist Xəstəxanasının ortoped mütəxəssisi Fadıl Naim Naim, 13 aprel gecəsi hücumda xəstəxanaya dəyən zərəri və bunun səhiyyə sisteminə vurduğu fəsadları belə izah etdi:

“Əl-Əhli Baptist Xəstəxanası Qəzzanın şimalındakı xəstəxananın tam təchizatlı təcili tibbi yardım xidmətlərini təmin edirdi. Reanimasiya şöbəsi və 7/24 əməliyyat otağı ilə birlikdə xəstəxananın tərkibindəki genetik laboratoriya, radiologiya və əczaçılıq şöbələri hücumda zədələndi və 300-dən çox yaralı müalicədən məhrum edildi və xəstəxanalar da xidmətdən kənarlaşdırıldı.

Orxan

Gununsesi.info