
ABŞ-da məşhurların saxta imzalı xatirə əşyalarını sataraq yüz minlərlə dollar qazanan fırıldaqçı tutulub. 58 yaşlı Anthony J. Tremayne çərşənbə axşamı ittihamlar üzrə özünü təqsirli bilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kardaşyan ailəsi Donald Tramp və digər məşhur idmançı və musiqiçilərin imzalı xatirə əşyalarını sanki gerçəkmiş kimi satan fırıldaqçı yaxalanıb. Məhsulların arxasında duran adam, 58 yaşlı Anthony J. Tremayne çərşənbə axşamı günü dələduzluq ittihamı ilə günahını etiraf etdi. ABŞ-dan olan Tremeyni 20 ilə qədər həbs cəzası gözləyir.
ABŞ-ın Kaliforniya Mərkəzi Dairəsi üzrə Prokurorluğuna görə, Tremayne 2010-2019-cu illər arasında ümummilli müştərilərə saxta imzalı əşyalar göndərib. Üstəlik, bu məhsullarla “orijinallıq sertifikatı” da təklif edib.
2019-cu ildə Meksikanın Rosarito şəhərinə köçən Tremaynenin ümumilikdə 550 min dollar dəyərində saxta idman və məşhurların xatirə əşyaları satdığı məlum olub. 2019-cu ilin noyabrında o, “Keeping Up with the Kardashians” serialının üç personajının saxta avtoqrafı olan fotosunu realmış kimi satdı. Amma bu dəfə alıcı FTB-nin gizli agenti idi və Tremeyn satışı 200 dollara həyata keçirdi.
Məşhur idmançıların, musiqiçilərin, aktyorların və hətta o zamankı ABŞ prezidenti Donald Trampın avtoqraflı fotoşəkilləri. 2019-cu ilin dekabrında onun Trampın da daxil olduğu məhsullar satdığı məlum olub.
İstintaq faylına görə, FTB agentləri 23 dekabr 2014-cü ildə Tremeynin evinə basqın edərək bəzi saxta materiallar ələ keçirib. “Niyə mən? Bu o qədər də böyük məsələ deyil. Sanki FTB-nin daha yaxşı işləri var”, – Tremayne deyib.
ABŞ Prokurorluğundan verilən məlumata görə, Tremayne iddia ərizəsində müştərilərə 250.000-550.000 dollar dəyərində saxta mal satdığını etiraf edib.
Amerika Birləşmiş Ştatlarının Dairə Hakimi Ceyms Selna avqustun 11-də Tremeynin hökmünü elan edəcək.Tremeyni 20 ilə qədər federal həbs cəzası gözləyir.
Orxan