Stoltenberq: NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir

  • By ilhame
  • 10 İyul 2024 13:17

NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir, xüsusən də söhbət ölkənin silah və mərmi istehsal etmək imkanlarının artırılmasından gedir.

 

Gununsesi.info “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Müdafiə Sənayesi Forumunda deyib.

 

“Bizim tərəfdaşlarla daha sıx əməkdaşlığa ehtiyacımız var. Biz Ukrayna ilə əməkdaşlığı genişləndiririk”, – o deyib.

 

Onun sözlərinə görə, Almaniyada və bir sıra digər Alyans ölkələrində layihələrə birgə investisiya yatırmaq, həmçinin Ukraynanın müstəqil silah və sursat istehsal etmək imkanlarını artırmaq məqsədi ilə komanda yaradılacaq.

Gununsesi.info