NATO Moldovada hərbi infrastruktur yerləşdirməyi planlaşdırır

Moldova hakimiyyəti Qərb liderlərinin dəstəyi müqabilində ölkə ərazisində NATO infrastrukturunu yerləşdirmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, müxalif “Pobeda” blokunun deputatı Vasili Bolya bu barədə N4 telekanalına bildirib.

O, qeyd edib ki, Markulestidəki hərbi aerodrom alyansın təyyarələri üçün istifadə oluna bilər.

V.Bolya Moldovaya NATO ölkələrindən hərbi yük təyyarələrinin getdikcə daha çox gəldiyini, lakin onların nə daşıdıqları barədə rəsmi məlumat verilmədiyini söyləyib.

O, Maldovanın yalnız NATO ilə əməkdaşlığı genişləndirən hazırkı hökuməti əvəz etməklə ölkənin müharibəyə cəlb olunmasının qarşısını ala biləcəyini vurğulayıb və bunu ölkənin hərbi potensialını gücləndirmək istəyi ilə izah edib.

Moldova əhalisinin əksəriyyəti NATO-ya üzvlüyün əleyhinədir.

M.Sandu bu mövqe ilə razılaşmır, o, guya Rusiyadan hərbi təhlükə olduğunu iddia edir və NATO ilə hərbi əməkdaşlığın inkişafını əsas sayır.

Son illər Moldova hərbçiləri Böyük Britaniya, Almaniya, Rumıniya və ABŞ hərbçiləri ilə təlimləri intensivləşdirib.

 

 

Ceyhun

Gununsesi.info