“Aİ missiyası sərhəddə fəaliyyətini davam etdirəcək” - Mirzoyan

“Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində fəaliyyətini davam etdirir”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, missiya iki ölkə arasında sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək.