Tarixdə bu gün nələr baş verib?

2020-ci ilin 30 oktyabrında Azərbaycanıın  Silahlı Qüvvələri Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs tarixdə bu gün başqa hansı hadisələr baş verib?

Gununsesi.info 30 oktyabrda baş verən mühim hadisələri təqdim edir:

1.1905-ci ildə aspirin dərmanı ilk dəfə satışa çıxarılıb.

2.1923-cü ildə Türkiyə Cümhuriyyətinin ilk hökuməti Cümhuri-rəisi Mustafa Kamal Atatürkün baş nazir olaraq təyin etdiyi İsmət İnönü tərəfindən quruldu. Hökumət Türkiyə Böyük Millət Məclisində etimad səsi aldı.

3.1938-ci ildə Orson Velsin radioya uyğunlaşdırdığı və marslıların dünyanı işğal etdiyini şərh edən “Dünyalar müharibəsi” oyunu ilk yayım günü ABŞ-da ölkə miqyasında panikaya səbəb oldu.

4. 1967-ci ildə tarixdə ilk dəfə iki kosmik gəmi (“Kosmos -186” və “Kosmos- 188”) açıq fəzada birləşib.

5.1974-cü ildə Məhəmməd Əli boks üzrə dünya çempionu olub.

6. 1979-ci ildə Vyetnamda güclü musson yağışları nəticəsində 293 adam həlak oldu.

7.1983-cü ildə Ərzurum və Qars şəhərlərində baş verən zəlzələdə 1330 insan həlak oldu.

8.2017-ci ildə “Dəmir İpək Yolu” – Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi.

Orxan Saffari

Gununsesi.info