Cəlilabadda yol qəzası baş verib, ölən var

  • By Günel
  • 29 Oktyabr 2024 23:26

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, oktyabrın 29-da saat 18:50 radələrində Cəlilabad rayonunun Cəlayir kəndi ərazisində 1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi “Vaz-2106” markalı avtomobillə hərəkətdə olarkən piyada T.Əmiyevanı vurduqdan sonra idarə etməni itirərək qarşıdan gələn K.Məmmədovun idarə etdiyi “Vaz 2107” avtomobili ilə toqquşub.

Qəza nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.

Gununsesi.info