
Goranboyda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Gununsesi.info xəbər verir ki, yolkənarı ərazilərin abadlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında 11 minədək dekorativ ağac əkilib.
Əsasən, rayonun Goranboy və Dəliməmmədli şəhərləri, Goran və Qızılhacılı qəsəbələri, Borsunlu, Nadirkənd və Boluslu kəndlərində həyata keçirilən ağacəkmə aksiyalarında, rayon rəhbərliyi və ictimai fəallarla yanaşı, yerli sakinlər də yaxından iştirak edib.








